29.05.2025, 17:18
118 baxış
Nailə
HAMAS Qəzzada atəşkəslə bağlı yeni təklif aldığını açıqlayıb
HAMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı yeni təklifini vasitəçilərdən aldığını bildirib.
APA xəbər verir ki, bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd olunub.
“Biz vasitəçilərdən Uitkoffun yeni təklifini aldıq və davamlı atəşkəsə nail olmaq üçün onu məsuliyyətlə öyrənirik”, - bəyanatda vurğulanıb.