29.05.2025, 09:26
92 baxış
Lamiyə
Dəhşət: uşağın başını təyyarənin pəncərəsinə VURDU
ABŞ-də adı açıqlanmayan xarici aviaşirkətin sərnişini uşağın başını pəncərəyə vurub.
Medianews.az xəbər verir ki, hadisə Florida ştatında təyyarə Disneylenddən uçarkən baş verib.
Merilend ştatından olan 46 yaşlı Kristi Krempton oğlanın onu kök və “Miss Piggy” adlandırmasına əsəbiləşib. Baş verən hadisənin şahidlərindən biri qadının "uşağı tənbeh etmədiyini, ona zorakılıq etdiyini" söyləyib.
Amerikalı həbs edilərək Seminole County həbsxanasına aparılıb. O, uşaq istismarında ittiham edilib və 10 min dollar (təxminən 796 min rubl) girov müqabilində sərbəst buraxılıb.
Medianews.az