Medianews.az
Boşanma: <span style=color:red>Naftalan birinci, Lerik sonuncu
130 baxış

Boşanma: Naftalan birinci, Lerik sonuncu

2025-ci ilin ilk rübündə Azərbaycanda hər 1000 nəfərə 1,9 boşanma düşüb. Medianews.az bildirir ki, 1000 nəfərə boşanmada ən ağır göstərici Naftalan şəhərində qeydə alınıb: 5,6. Lerikdə isə 1000 nəfərə 0,3 boşanma sənədləşib. Bakıda 1000 nəfərə boşanma göstəricisi 2,6 olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, paytaxtın 6 rayonunda daha yüksək rəqəmlər rəsmiləşib: Yasamal rayonunda 3,9, Xətai və Qaradağ rayonlarında 3,2, Suraxanı rayonunda 3, Binəqədi və Nərimanov rayonlarında 2,7. Pirallahı rayonu 1000 nəfərə 0,6 boşanma ilə son sırada yer alıb. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun