Medianews.az
Oğlunu dəfələrcə bıçaqlayaraq <span style=color:red> ÖLDÜRDÜ
187 baxış

Oğlunu dəfələrcə bıçaqlayaraq ÖLDÜRDÜ

Türkiyədə ata oğlunu dəfələrcə bıçaqlayaraq öldürüb. Medianews.az xəbər verir ki, hadisə Antalyada, Murapaşa rayonunda, gecə saat 23:00 radələrində baş verib. Əldə edilən məlumata görə, bir müddətdir oğlu ilə problem yaşayan 60 yaşlı Əli T. 25 yaşlı oğlu Barış T.-ni anışmaq üçün evinin yaxınlığındakı boş yerə çağırıb. Bir müddət sonra ata və oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Əli T. yanında olan bıçaqla oğluna bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib. Vətəndaşlar Barış T.-ni yerdə qanlar içində tapdılar. Hadisə yerinə sağlamlıq və polis qrupları gəlib. Barış T.-nin cansız bədəni araşdırmalardqan sonra meyitxanaya aparılıb. Hadisə yerini tərk edən Əli T. qısa müddət sonra saxlanılıb. Onun ifadəsi alınmaq üçün o, Antalya Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi Cinayət Bürosuna aparılıb. Medianews.az

Bizə qoşulun