Medianews.az
İsrail Qəzzada məktəbi vurdu, <span style=color:red> azı 20 nəfər ölüb
365 baxış

İsrail Qəzzada məktəbi vurdu, azı 20 nəfər ölüb

İsrail Qəzzada məcburi köçkün dinc sakinlərin yerləşdiyi məktəb və uşaq bağçasını vurub. Medianews.az “Haber global”a istinadən xəbər verir ki, əd-Dərəc bölgəsindəki Fəhmi əl-Cərcəvi məktəbi İsrail ordusunun hədəfində olub. Hücumda aralarında uşaqların da olduğu ən azı 19 nəfərin həyatını itirdiyi, dağıntılar altında qalanların axtarışlarının davam etdiyi bildirilib. Deyr-əl-Bələh şəhəri yaxınlığındakı Məğazi Qaçqınlar Düşərgəsində mülki şəxsləri qəbul edən uşaq bağçasının bombalanması nəticəsində bir nəfər ölüb. Hücumlarda onlarla insanın yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib. Medianews.az

Bizə qoşulun