Medianews.az-a açıqlamasında O.Kazımov deyib ki, indən belə bloqçu reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında bilgilər verməli, lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.
Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?
O.Gündüz suala belə cavab verib: “Azərbaycanda əsasən Meta (İnstagram, Facebook və s) və Google (Youtube və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə TikTok-da bu bazardan xeyli pay qopardır. Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloqçu var ki, bu fəaliyyətin aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər. Ümumiyyətlə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kampaniya üçün ortalama 500-1500 manat olmaqla, hətta 10-15 min manat da alan bloqçular var. Əksəriyyət isə elə də böyük pullar qazanmırlar. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq”.
Bloqçuluq və infuenserlik cəmiyyətə nə verir? Sualı O.Gündüz belə cavablandırıb: “Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması görsənir. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək tənqid hədəfinə çevirmək doğru olmazdı. İnfluenserlərin və bloqçuların paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar”.
Qanunlardakı dəyişikliklər reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcək?
O.Gündüz deyib: “Düşünürəm ki, ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli bloqçularla yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək.
Amma risklər də var. Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloqçu və influenserlər üçün çətinlik yarada bilər, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər.
Sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır. Əgər yalnız yeknəsəq, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu, sektorun inkişafına da mənfi təsir göstərəcək.
Qanunun icrasında əsas məqam ictimai nəzarətlə, ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.
Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər”.
Toğrul Əli,
Medianews.az
23.05.2025, 13:52
226 baxış
Azad
Sosial mediada reklamlar nəzarətə götürüldü: Gözlənilən nəticələr
“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi bloqçular üçün qızıl dövr bitdi”. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Üzümçülük və şərabçılıq haqqında” qanun, “Dərman vasitələri haqqında” qanun və “Reklam haqqında” qanunlara edilən dəyişikliklərin qüvvəyə minməsini şərh edərkən Medianews.az-a belə deyib.
Xatırladaq ki, mayın 22-də Prezident İlham Əliyevin həmin dörd qanuna dəyişikliyi təsdiqləyib.
Bu dəyişikliklər nəticəsində “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) “Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.
Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni “rəqəmsal platforma təsirçisi” anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilib.
Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Həmçinin rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir.
Bununla bərabər, tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib.
Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib və vurğulanıb ki, məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir.
Qeyd edək ki, “rəqəmsal platforma təsirçisi” “influencer” sözünün ingiliscədən tərcüməsi kimi anlaşılmalıdır. Yəni “influencer”lər artıq Azərbaycanda rəsmən “rəqəmsal platforma təsirçisi” kimi tanınıb. İfadə qısa formada “təsirçi” kimi də işlənə bilər.

Paylaş: