Medianews.az
Naxçıvana “vəsiqəsiz” səfər - <span style=color:red>MÜMKÜNDÜR
135 baxış

Naxçıvana “vəsiqəsiz” səfər - MÜMKÜNDÜR

Azərbaycanda rəqəmsal hökumətin inkişafı özünü artıq gündəlik həyatımızda da göstərir. Son Naxçıvan səfərim zamanı bu prosesi birbaşa müşahidə etdim. Fürsətdən istifadə edib mvGov platformasında olan şəxsi məlumatlarımın RƏQƏMSAL SƏNƏD olaraq nə dərəcədə keçərli olmasını həm Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, həm də Naxçıvan Hava Limanında monitorinq etdim. Nəticə çox uğurlu oldu. Fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən sadəcə telefonumda myGov hökumət platformasındakı şəxsi məlumatlarımı göstərməklə hər iki hava limanında AZAL-ın yoxlamalarından keçdim. Məlumatlar sənəd kimi qəbul edildi. Eyni vəziyyət “Naxçıvan Palace” otelində də yaşandı. Yeganə kiçik nüans diqqətimi cəlb etdi – hər iki hava limanında telefondakı məlumatlarımın planşetlə şəkli çəkildi. Halbuki bu proses myGov Checker tətbiqi ilə rəsmi şəkildə yoxlanıla bilərdi. Ümid edirəm İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bunu nəzərə alacaq. İstənilən halda, fiziki şəxsiyyət vəsiqəsinə bircə dəfə də toxunmadan səfəri başa vurmaq mümkündürsə – deməli, rəqəmsal hökumət real nəticə verir. Qurumların bu sahədəki səyləri təqdirəlayiqdir. Osman Gündüz, Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun