Medianews.az
Geyik qadına hücum edərək<span style=color:red> qabırğalarını SINDIRDI
142 baxış

Geyik qadına hücum edərək qabırğalarını SINDIRDI

ABŞ-də aqressiv dişi geyik iti olan qadına hücum edib. Medianews.az xəbər verir ki, hadisə mayın 16-da cümə günü Alyaskanın Ankoric şəhərində baş verib. Qadın şəhərin şimalındakı Kincaid parkında itini gəzdirirmiş. Birdən kolluqda dana ilə dişi geyik peyda olub, qadına və itinə hücum edib. Heyvan amerikalı qadını tapdalamağa çalışsa da, o, sağ qalıb. Hadisə yerinə gələn tibb işçiləri qadına qabırğasının sınığı diaqnozu qoyublar. İt də bir neçə sınıqdan əziyyət çəkib. Zərərçəkənlərin hazırkı vəziyyəti məlum deyil. Medianews.az

Bizə qoşulun