23.05.2025, 15:58
108 baxış
Nailə
Ehtiyatsızlıqdan yıxılan kişi 1 həftə sonra öldü
Bakıda ehtiyatsızlıqdan xəsarət alan şəxs vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, mayın 14-ü saat 13 radələrində 1951-ci il təvəllüdlü Fəxrəddin Kərimov yaşadığı Biləcəri qəsəbəsi Xəqani küçəsindəki evinin həyətində yıxılıb.
Kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş F.Kərimov tibbi yardımlara baxmayaraq, 1 həftə sonra vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.