Medianews.az
Qızını son anda təcavüzçüdən<span style=color:red> xilas etdi  
148 baxış

Qızını son anda təcavüzçüdən xilas etdi  

ABŞ-də 37 yaşlı ata qızını zorakılıq göstərən şəxsdən son anda xilas edib. Medianews.az xəbər verir ki, hadisə mayın 20-də axşam saatlarında Nyu-Yorkun Kuins səmtində baş verib. Ata, Forset Park ərazisində 11 yaşlı qızı ilə velosiped sürürdü. Qızı onu qabaqlayaraq küncdə gözdən itib. Orada kolların arasında gizlənən 44 yaşlı Teddi Mussinyakın hücumuna məruz qalıb. Kişi məktəbli qızı velosipeddən yıxıb, əli ilə onun ağzını bağlayıb və parkın dərinliyinə sürükləyib. O, qızı zorakılıqla hədələyib, vurub və təcavüz etmək istəyib. Bu zaman zərərçəkənin atası onun tərk edilmiş velosipedinə yaxınlaşıb və nə baş verdiyini görüb. Kişi qışqıraraq təcavüz edənin üstünə qaçıb. Bundan sonra Mussinyak uşağı qoyub qaçıb. Qız aldığı xəsarətlərdən xəstəxanaya aparılıb. Kişi tezliklə həbs edilib. O, adam adam oğurluğu, 13 yaşına çatmamış şəxsə qarşı cinsi təcavüz və digər cinayətlərdə ittiham olunub. Onun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu məlum olub. Medianews.az

Bizə qoşulun