- Azərbaycanda fəaliyyət göstərən vasitəçi şirkətlərin ciddi şəkildə nəzarətə götürülməsi və yalnız lisenziyalı, etibarlı qurumlara icazə verilməsi.
- Namizədlər yalnız beynəlxalq səviyyədə tanınmış alman dili sertifikatları (məsələn, Goethe, Telc) təqdim etməklə müraciət edə bilsinlər.
- Alman tərəfi ilə onlayn platformalarda video müsahibələrin təşkil edilməsi, beləliklə şəxsiyyətin və dil səviyyəsinin birbaşa qiymətləndirilməsi.
- Gənclər saxta vədlərlə aldanmamaq üçün bu sahədə məlumatlandırılmalı, real proseslər və tələblər barəsində maarifləndirici tədbirlər keçirilməlidir.
22.05.2025, 15:27
158 baxış
Azad
Almaniyada peşə təhsili: Azərbaycanlı gənclər nəyə diqqət etməlidirlər?
Son illərdə Azərbaycandan Almaniyaya peşə təhsili (Ausbildung) almaq məqsədilə müraciət edən gənclərin sayı artmaqdadır. Bu, həm gənclərin fərdi inkişafı, həm də ölkələrarası əməkdaşlıq baxımından müsbət bir tendensiyadır. Lakin bu sahədə yaşanan bəzi neqativ hallar həm azərbaycanlı gənclərin, həm də alman tərəfinin prosesə olan inamını ciddi şəkildə sarsıdır.
Almaniyadakı şirkətlər və təhsil müəssisələri, Ausbildung proqramlarına qəbul zamanı gənclərlə müsahibələr keçirir. Təəssüf ki, bəzi hallarda bu müsahibələrdə əsl namizədin əvəzinə yaxşı alman dili bilən, təcrübəli şəxslər iştirak edir. Bunun nəticəsində, şirkətlər namizədin dil səviyyəsini olduğundan yüksək qiymətləndirir və onu proqrama qəbul edirlər. Lakin dərslər başladıqdan sonra məlum olur ki, gələn şəxsin dil bacarığı kifayət etmir və müsahibədə iştirak edən şəxs, əslində həmin gənc deyilmiş.
Bu vəziyyətdən ən çox faydalananlar isə müəyyən vasitəçi şirkətlərdir. Onlar gənclərin arzularını reallaşdırmaq və onlara Almaniyada təhsil imkanı yaratmaq vədi ilə pul qarşılığında bu prosesləri təşkil edirlər. Lakin məqsəd gəncləri həqiqətən təhsilə yönləndirmək deyil, qazanc əldə etməkdir. Belə saxtakarlıq halları nəticəsində nəinki zəif dil biliklərinə malik şəxslər Almaniyada çətinlik çəkir, eyni zamanda yaxşı səviyyədə alman dili bilən, motivasiyalı gənclər də inamsızlıq səbəbindən imtina cavabları alır.
Bu halların artması alman şirkətlərini və təhsil müəssisələrini daha ehtiyatlı davranmağa vadar edir. Artıq onlar təklif edirlər ki, gələcək namizədlər canlı şəkildə yoxlamadan keçsinlər, yəni üzbəüz müsahibələrdə şəxsən iştirak etsinlər. Lakin bu da praktikada çətin görünür. Çünki Almaniyaya vizasız giriş mümkün deyil və bir çox gənc bu yoxlama mərhələsinə çatmamış prosesdən kənarda qalır.
Nəticə etibarilə, bu cür saxtakarlıq halları həm fərdi, həm də ümumi səviyyədə böyük zərərlərə səbəb olur. Gənclər pul və zaman itkisinə məruz qalır, alman tərəfi isə Azərbaycandan gələn namizədlərə qarşı inamsızlıq göstərməyə başlayır. Bu isə bütövlükdə Azərbaycanın imicinə və gənclərin beynəlxalq təhsil imkanlarına mənfi təsir göstərir.
Nə etməli?
Bu problemin həlli üçün aşağıdakı addımlar faydalı ola bilər:
Paylaş: