21.05.2025, 14:50
116 baxış
Nailə
Viktor Osimhen qərarını "Yuventus"a bildirdi
İtaliya "Napoli"sinə məxsus olan və Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən Viktor Osimhen "Yuventus"un təklifini geri çevirib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, ulduz futbolçu İtaliya A Seriyasında çıxış etmək istəmədiyindən "ağ-qaralar"ın təklifini qəbul etməyib.
Viktor Osimhen menecerinə "Mançester Yunayted" və "Qalatasaray"ın təkliflərini dəyərləndirməsi üçün tapşırıq verib.
Qeyd edək ki, bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 40 oyunda 36 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.