21.05.2025, 11:53
158 baxış
Azad
Auditi DTX yox, özəl provayder aparacaq
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi general Davud Rüstəmov Naxçıvanda keçirilən "Kiber suverenlik" konfransında bildirib ki, kritik infrastruktura aid olan özəl qurumların auditini DTX yox, kiber provayder reallaşdıracaq.
Medianews.az bildirir ki, məlumatı sosialı şəbəkə hesabında Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz yazıb.
“Kiber provayder olmaq üçün isə xüsusi şərtlər müəyyən edilib. Auditin yekunları ilə bağlı həm kiber provayder, həm də kritik qurum tərəfindən DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə müvafiq məlumatların verilməsi məcburidir” deyə O.Gündüz əlavə edib.
O.Gündüzün sözlərinə görə, "Kiber suverenlik" konfransı çərçivəsində keçirilən müzakirələrdə qeyd edilib ki, kommersiya obyekti olan bir kritik qurumun digər bir biznes qurumu tərəfindən yoxlanılması, audit edilməsinin doğura biləcəyi riskləri qarşılamaq üçün qanunvericilikdə müəyyən məqamlar nəzərə alınıb: “Eyni zamanda kritik hesab olunan dövlət və ya biznes qurumuna qarşı kiber hücumların da bundan sonra gizlədilməsinin çətin olacağı bildirilib”.
Medianews.az
Paylaş: