20.05.2025, 09:29
150 baxış
Lamiyə
Səkkiz günə səkkiz adamı parçaladı
Hindistanın eyni bölgəsində səkkiz gündə səkkiz nəfər pələnglərin qurbanı olub.
Medianews.az xəbər verir ki, son hücumlar həftə sonu Maharaştranın Çandrapur rayonunda baş verib.
Şənbə günü, mayın 17-də Tadoba-Andhar Qoruğunun pələngləri Bhandurna kəndindən olan 70 yaşlı Rişi Pendoru parçalayıblar. Səlahiyyətlilərin ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirən Pendor meşədə itkin düşüb. Onun meyiti qoruğun sərhədi yaxınlığında tapılıb.
Bazar günü yırtıcı Talohi meşəsi ərazisində qara xurma yarpaqları toplayan 63 yaşlı Maroti Şendeyə hücum edib. Kişi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Pendor və Şandi mayın 10-dan bəri Tadoba-Andharda yeddinci və səkkizinci pələng itkiləridir. Bundan əvvəl, mayın 14-də yırtıcı Kərbədə kəndinin sakini, 54 yaşlı Kaçrabai Bhardenin həyatına son qoyub.
Mayın 13-də səhər Badurni kəndi yaxınlığında vəhşi 30 yaşlı Bhuvaneshwai Bhendre-ni parça-parça edib. Mayın 11-də meşədə Nağla kəndindən olan 65 yaşlı Nimala Şendenin qalıqları tapılıb. Mayın 10-da bir hücumda pələng Mendhamal kəndindən üç qurbanı - 55 yaşlı Kantabai Choudhary, onun 30 yaşlı gəlini Şubhangi Choudhary və 50 yaşlı Sarika Shendeni öldürüb.
Medianews.az