20.05.2025, 10:03
114 baxış
Nailə
"Liverpul" antirekorda imza atdı
"Liverpul" Premyer Liqada antirekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu, İngiltərə çempionatının 37-ci turunda "Brayton"la oyundan (2:3) sonra baş verib.
Mersisayd klubu qızıl medalları təmin etdikdən sonra çempionatda keçirdiyi ardıcıl üç oyunda qələbə qazana bilməyən ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, daha əvvəl "qırmızılar" "Arsenal"la 2:2 bərabərə qalıb, "Çelsi"yə 1:3 hesabı ilə məğlub olub.
Paylaş: