Medianews.az
Prezidentliyə iki iddiaçı <span style=color:red>qaldı
164 baxış

Prezidentliyə iki iddiaçı qaldı

Polşada prezident seçkisinin ilk turu geridə qalıb. Medianews.az-ın məlumatına görə, mayın 18-də keçirilmiş ümumxalq səsverməsində hakim Vətəndaş Koalisiyasının namizədi, paytaxt Varşavanın meri Rafal Tşaskovski 31,3 faiz, müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski 29,5 faiz səslə önə çıxıblar. Onlar iyunun 1-nə təyin olunmuş ikinci turda yarışacaqlar. Birinci turda daha 11 namizəd mübarizə aparıb. Prezidentin səlahiyyət müddəti 5 ildir. 2015 və 2020-ci illərdə Anjey Duda prezident seçilib. Ölkədə hökumət parlament seçkisinin nəticələri əsasında qurulur. Parlamentin aşağı palatası – Seym 460, yuxarı palatası – Senat 100 yerlikdir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun