Medianews.az
"Neftimiz olmasa, Qərb iflic olacaq" - <span style=color:red>İran Prezidenti
122 baxış

"Neftimiz olmasa, Qərb iflic olacaq" - İran Prezidenti

Enerji təchizatı, əsasən də neft kəsilərsə, Qərb ölkələri iflic vəziyyətinə düşəcək və bu halda Qərb stabil neft tədarükünü təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-birinə qarşı qoyacaq. Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Əgər enerji resursları Fars körfəzindən o tərəfə axmasa, Qərb ölkələrinin hamı iflic olacaq. Amma bizi bir-birimizlə döyüşməyə məcbur edəcəklər ki, enerji resurslarımızı istədikləri qiymətə asanlıqla ala bilsinlər. Neftimizi alıb əvəzində bizə silah verəcəklər ki, bir-birimizlə döyüşə bilək”, - Pezeşkian bildirib.

Bizə qoşulun