O bildirib ki, burada bir sıra digər məqamları da qeyd etmək vacibdir: “Birincisi, PKK-nın özünü buraxmaq qərarında bu qruplaşma öz terror fəaliyyətini kürd məsələsini demokratik yolla həll səviyyəsinə gətirib çıxaran mübarizə və tarixi missiya kimi qiymətləndirir. İkincisi, bir neçə il bundan əvvəlki “demokratik kürd acılımı” prosesindən bu qruplaşma öz qanlı terror fəaliyyətini daha da genişləndirmək üçün istifadə etdi. Ona görə də PKK-nın və onun üzvü olan şəxslərin silahları təhvil verərək normal, sivil fəaliyyət yoluna qayıdacağı çoxlarına haqlı olaraq inandırıcı görünmür.
Lakin burada PKK-nın əleyhinə olan müəyyən məqamlar da nəzərə alınmalıdır. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütövlükdə Türkiyə hakimiyyətinin həyata keçirdiyi ardıcıl siyasi xətt, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin sərt və uğurlu əməliyyatları yeni siyasi və hərbi reallıqlara gətirib çıxarıb. PKK-nın təsir imkanları əhəmiyyətli dərəcədə azalıb, Türkiyə daxilində demək olar ki, yox dərəcəsinə enib, Suriya, İraq və digər ərazilərdə isə sarsıdıcı zərbələr alıb. Bu vaxta qədər PKK-nı dəstəkləyən, ondan Türkiyəyə qarşı təzyiq gücü kimi istifadə edən dövlətlər də bir qədər geri çəkilmiş kimi görünür. Buna görə də PKK-nı silahı yerə qoyaraq özünü buraxmağa məcbur edən Türkiyə hakimiyyətinin fəaliyyəti müəyyən risklərlə əlaqədar olsa da həqiqətən tarixi bir fəaliyyət kimi qiymətləndirilməlidir”.
Toğrul Əli,
Medianews.az
15.05.2025, 09:10
173 baxış
Azad
“PKK-dan istifadə edən dövlətlər də geri çəkilmiş kimi görünür”
“Terror təşkilatı PKK-nın özünu buraxaraq siyasi və hüquqi yolla fəaliyyət göstərəcəyini bəyan etdikdən sonra mediada gedən təhlillərdə rast gəldiyimiz narahatlıqları başa düşmək olar. Belə ki, PKK indiyə qədər siyasi və hüquqi yolla fəaliyyət göstərən qurum yox, silahlı terror təşkilatı olub. Onun üzvləri xaincəsinə hücum yapmaq, terror aktları törətmək, dinc insanları öldürmək, qan tökmək Türkiyənin ərazi bütövlüyünü zorla dəyişdirməyə cəhd etmək və s. bu kimi cinayətlərdən başqa heç nə bacarmayıblar. Hətta bu terror təşkilatının siyasi qanadı hesab olunan partiyaların və Türkiyə parlamentində millət vəkili kimi təmsil olunan şəxslərin də fəaliyyəti Türkiyənin ümumdövlət maraqlarından çox PKK-nın separatçı-terrorçu maraqlarını müdafiə etməyə yönəlib. Bütövlükdə PKK təxminən yarım əsr müddətində regionda siyasi sabitliyi pozan, region, xüsusən də Türkiyənin milli təhlükəsizliyini əsaslı şəkildə təhdid edən bir gücə çevrilə bilmişdi”. Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Medianews.az saytına açıqlamasında belə deyib.

Paylaş: