14.05.2025, 15:52
119 baxış
Nailə
Bu ölkə sosial şəbəkələrdə bəyənmələrə görə cinayət məsuliyyətini ləğv edib
Tacikistan Prezidenti Emomali Rahmon Cinayət Məcəlləsinə "sosial şəbəkələrdə bəyənmə və ya digər işarənin yerləşdirilməsinə görə cinayət məsuliyyətini ləğv edən" qanunu imzalayıb.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
Rahmonun imzaladığı "Kapital və investisiya fəaliyyətinin təşviqi haqqında" qanun investisiyaların dövlət dəstəyinə və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlib.
"Qəbul edilən qanunlar ölkənin davamlı sosial-iqtisadi inkişafının və vətəndaşların rifahının təmin edilməsinə yönəlib", - deyə mətbuat xidməti qeyd edib.