13.05.2025, 10:16
164 baxış
Lamiyə
PSJ Mbappedən bu qədər pul İSTƏDİ
Paris Saint-Germain futbol klubu komandanın keçmiş oyunçusu Kilian Mbappedən 98 milyon avro almaq istəyib.
Medianews.az əbər verir ki, daha əvvəl futbolçu UEFA-ya və Fransa liqasının hüquq komissiyasına müraciət edərək ona köhnə müqaviləyə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsi tələbi ilə müraciət edib.
Klub tələbi yerinə yetirməyəcəyini bildirib və apellyasiya şikayəti verib.
Aprel ayında PSJ-nin hesabına 55 milyon avro bloklanmışdı. Klub qərardan apellyasiya şikayəti verməyə çalışır və imicinə dəymiş ziyana görə futbolçuya qarşı 98 milyon avro qarşılıq iddia qaldırıb.
Medianews.az
Paylaş: