Prezident təqaüdçüsü, əməkdar jurnalist, professor Qulu Məhərrəmli Medianews.az-ın sualını belə cavablandırıb:
“Neçə illər əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri Süleyman Dəmirəllə görüşdə idik. Ona sual verildi ki, niyə bu PKK-nın axırına çıxa bilmirsiz? Onun cavabı heç yadımdan çıxmır.
Süleyman Dəmirəl dedi: “PKK-nın ipi əlimizdədir, onu qısa vaxtda və tamamilə məhv edə bilərik. Amma ehtiyatlanırıq ki, Türkiyənin qlobal düşmənləri bizə PKK-dan daha qorxulu bir təhlükə yaratsınlar”.
Bütün hallarda PKK-nın təşkilat kimi ləğvi və silahı yerə qoyması (amma onun uzantıları Suriya və İraqda qalır) tarixi hadisədir. Amma qardaş ölkə xüsusən indiki şəraitdə öz sayıqlığını itirməməlidir”.
Xatırladaq ki, bu ay Kürdüstan Fəhlə Partiyası (PKK) özünü buraxdığı və silahlı mübarizəni dayandırdığı haqda bəyanat yayıb. Qərar partiyanın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında qəbul olunub. Qurultayın bəyannaməsində vurğulanıb ki, qurultay PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib.
Süleyman Dəmirəl 1993-2000-ci illərdə Türkiyənin Prezidenti olub.
Toğrul Əli,
Medianews.az
13.05.2025, 07:36
293 baxış
Azad
PKK-nın ləğvi: Dəmirəl nə demişdi? Daha qorxulu təhlükə yarana bilərmi? – Azərbaycanlı professorun xatirəsi
PKK-nın özünü buraxması və silahı yerə qoyması ilə Türkiyə üçün qlobal təhlükə sovuşurmu?

Paylaş: