13.05.2025, 09:08
147 baxış
Lamiyə
Dəhşət: 3 il evdə qardaşının qalıqları ilə YAŞADI
3 il böyük qardaşının qalıqları ilə evdə yaşayan yaşlı qadın həbs edilib.
Medianews.az xəbər verir ki, hadisə Yaponiyada baş verib.
Mayın 9-da Tokiodan olan 71 yaşlı Yoşiko Nittanın evin ikinci mərtəbəsində qardaşının skeleti qəzet və zibillərin altında tapılıb.
Sosial işçinin uzun müddət əlaqə saxlamayan kişinin vəziyyətini yoxlamaq istəməsindən sonra polis təqaüdçünün evinə gəlib.
Qadın deyib ki, qohumunu sonuncu dəfə təxminən 3 il əvvəl sağ görüb. Müstəntiqlər hesab edirlər ki, yaşlı yapon qadın qardaşının təqaüdünü almağa davam etmək üçün hadisə barədə məlumat verməyib.
Medianews.az