Medianews.az
PKK-nın ləğvi: Öcalanın həbsdən çıxacağı <span style=color:red>gözlənilir
168 baxış

PKK-nın ləğvi: Öcalanın həbsdən çıxacağı gözlənilir

“PKK terror təşkilatının özünü buraxması haqda qərar çıxarması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı uğurlu siyasətin tərkib hissəsidir”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, bu proses Ərdoğanın növbəti seçkilərdə qalib gəlmək şanslarını artıracaq. PKK-nın 40 il ərzində xarici ölkələrin Türkiyəyə qarşı təzyiq aləti olduğunu yada salan M.Əsədullazadə qeyd edib ki, indi bu qurumun buraxılması onun lideri Abdulla Ocalanla aparılan danışıqlar, Suriyada Türkiyənin qalib gəlməsi, həmçinin terror təşkilatına kifayət qədər zərbə vurulmasının nəticəsidir: “Artıq yeni siyasi nizamin formalaşması fonunda Türkiyənin regional gücə çevrilməsi proseslərin axarını dəyişdi. PKK lideri Abdulla Öcalanın həbsdən çıxacağı gözlənilir. Onun Türkiyə parlamentinə seçilməsinə gəldikdə, bu, olmayacaq”. Xatırladaq ki, mayın 12-də Türkiyə mediasında Kürdüstan Fəhlə Partiyası (PKK) buraxıldığı və bu qurumun Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığı haqda məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, qərar partiyanın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında qəbul olunub. Qurultayın bəyannaməsində vurğulanıb ki, qurultay PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun