Medianews.az
PKK ləğv <span style=color:red>edildi
140 baxış

PKK ləğv edildi

PKK terror təşkilatı ləğv edilib. Teleqraf xəbər verir ki, bu barədə təşkilata yaxınlığı ilə tanınan “Rudaw” telekanalı məlumat verib. Mayın 5-7-də keçirilən qurultayda özünü buraxma qərarı verən PKK bu qərarı yazılı bəyanatla ictimaiyyətə açıqlayıb. Qərar PKK-nın çətir təşkilatı KCK-nın qurultayında verilib. Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) kimi terror təşkilatları daxildir. KCK-nin mərkəzi İraqın şimalında (Qəndil dağı) yerləşir.

Bizə qoşulun