Medianews.az
Axtarışda olan cinayətkar <span style=color:red> ölü TAPILDI
155 baxış

Axtarışda olan cinayətkar ölü TAPILDI

ABŞ-də bir adam təsadüfən həbsxananın qarşısında axtarışda olan cinayətkarın qalıqlarını tapıb. Medianews.az xəbər verir ki, hadisə aprelin 21-də, Nyu-Hempşir ştatının Konkord şəhərində baş verib. Bir adam anbarda skelet insan qalıqları aşkar etdikdən sonra polisə müraciət edib. Anbar birbaşa həbsxana binası ilə üzbəüz yerləşirdi. Məhkəmə-tibbi ekspertizadan sonra sümüklərin 59 yaşlı Maykl Şielsə məxsus olduğu məlum olub. Federal Həbsxanalar Bürosu, Şielsənin şərti azadlığa buraxılmış zorlayıcı bir məhkum olduğunu təsdiqləyib. 2023-cü ilin oktyabrında azad edilmə şərtlərini pozduğuna və polis bölməsinə müraciət etmədiyinə görə axtarışa verilmişdi. Şiels azyaşlıya təcavüz etməkdə təqsirli bilinib. Rəsmilər onun həbsdən çıxandan bəri evsiz olduğunu bildiriblər. Ölümün səbəbi hələ müəyyən edilməyib. Medianews.az

Bizə qoşulun