- Adil Qeybulla, professor
- Sabir Rüstəmxanlı, xalq şairi, VHP sədri
- Məmməd İsmayıl, şair
- Rüstəm Behrudi, şair
- Cavanşir Quliyev, əməkdar incəsənət xadimi
- Qulu Məhərrəmli, professor
- Erkin Qədirli, millət vəkili
- Eldəniz Quliyev, ssenarist, kinodramaturq
- Hilal Məmmədov, hüquq müdafiəçisi
- Qorxmaz İbrahimli, ictimai xadim
- Sərdar Cəlaloğlu, ADP sədri
- Mirmahmud Mirəlioğlu, KXCP sədri
- Bahəddin Həzi, yazıçı-publisist
08.05.2025, 12:26
107 baxış
Azad
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət edildi
Bir qrup ziyalı həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Medianews.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır.
Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.
Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.
Cənab Prezident!
Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir.
Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik.
Sizə sayğı və ümidlərlə,
Paylaş: