Medianews.az
İraklinin yerinə <span style=color:red>adaşı gəldi
109 baxış

İraklinin yerinə adaşı gəldi

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 7 may qurultayı İrakli Kobaxidzeni qurumun sədri seçib. Medianews.az bildirir ki, 1978-ci il təvəllüdlü İrakli Kobaxidze 2021-2024-cü illərdə partiyaya liderlik edib. O, 2016-2019-cu illərdə parlament sədri olub, 2024-cü il fevralın 8-dən baş nazirdir. Gürcü Arzusu hakim partiyadır. Əvvəlki sədr İrakli Qaribaşvili aprelin 25-də siyasi fəaliyyətinə son verib. Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun