Medianews.az
Təsadüfən burnundan güllələnən kişi <span style=color:red> xilas edildi
132 baxış

Təsadüfən burnundan güllələnən kişi xilas edildi

Rusiyada güllə təsadüfən kişinin burnuna dəyib. Medianews.az xəbər verir ki, Vladivostokda həkimlər rusiyalını xilas edə biliblər. Otolarinqologiya şöbəsinin həkimlərinin qarşılaşmalı olduğu hadisə xəstəxana tərəfindən unikal adlandırılıb. Həkimlər deyirlər ki, kişi təsadüfən pnevmatik tüfənglə vurulub. Kişi xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Həkimlər rentgen naviqasiya sistemindən istifadə edərək gülləni uğurla çıxarıblar. Bildirilir ki, xəstə indi sağalır və özünü yaxşı hiss edir. Medianews.az

Bizə qoşulun