07.05.2025, 10:14
132 baxış
Lamiyə
Bayden: Tramp bunu etməklə Moskvanı qane etməyəcək
“ABŞ prezidenti Donald Trampın ərazilərin Rusiyaya verilməsi üçün Ukraynaya təzyiqi heç vaxt Moskvanı qane etməyəcək”.
Medianews.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden deyib.
Ağ Evin keçmiş rəhbəri indiki Amerika liderini Rusiya tərəfini sakitləşdirməkdə ittiham edib. O, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı “Ana Rusiya”nın bir hissəsi hesab etməsi ilə izah edib və “dayanacağını düşünən” hər kəsi axmaq adlandırıb.
“Mən sadəcə başa düşə bilmirəm ki, insanlar necə düşünə bilirlər ki, bir diktatora, quldura ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirməyə icazə vermək onu qane edəcək”, - siyasətçi deyib.
Bayden Avropanın Amerikanın etibarlılığına və liderliyinə inamını itirəcəyi ilə bağlı narahatlığını da dilə gətirib.
Medianews.az
Paylaş: