Medianews.az
Yeməyini yediyi üçün itə işgəncə verdi - <span style=color:red> FOTO
123 baxış

Yeməyini yediyi üçün itə işgəncə verdi - FOTO

Türkiyədə 81 yaşlı kişi yeməyini yediyi üçün 5 aylıq itə əsa ilə işgəncə verib.

Medianews.az xəbər verir ki, hadisə Ədirnənin Laləpaşa rayonunun Vaysal kəndində, qəhvəxananın istifadə olunmayan hissəsində baş verib.

Qəhvəxananı işlədən Kazım Özen baxdığı iti qan içində gördükdən sonra təhlükəsizlik görüntülərinə baxıb. Görüntülərdə hadisə törədən Fahrettin D.-nin çayxanaya girərək qapını bağladığı və əsa ilə itə bir neçə dəfə zərbə vurduğu müəyyən edilib.

“Ona zəng edib iti niyə vurduğunu soruşdum, cavab vermədən getdi. Bu heyvanlara zülmdür", - Özen deyib.Kənd sakinlərindən Vəli Koşucu hadisənin şahidi olduğunu və təcavüzkarın onun yeməyini yediyi üçün iti vurduğunu deyib.İtin sağlamlıq vəziyyəti ilə bağlı baytardan dəstək alındığı bildirilib.Hadisə ilə bağlı araşdırma başlanılıb.

Medianews.az

Edirne'de Köpeğe Bastonlu Şiddet: Kapıyı Kapattı, Dakikalarca Vurdu
Edirne'de Köpeğe Bastonlu Şiddet: Kapıyı Kapattı, Dakikalarca Vurdu - Resim : 1 Edirne'de Köpeğe Bastonlu Şiddet: Kapıyı Kapattı, Dakikalarca Vurdu - Resim : 3

Bizə qoşulun