02.05.2025, 12:10
85 baxış
Azad
Nələr bahalaşıb, nələr ucuzlaşıb? - RƏQƏMLƏR
Aprel ayında Gürcüstanın istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıb.
Medianews.az Gürcüstanın Milli Statistika Xidmətinə istinadla bildirir ki, səhiyyə xidmətlərində bahalaşma 9,2 faiz, ərzaq və spirtsiz içkilərdə 7 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,1 faiz, təhsil sahəsində 4,9 faiz, spirtli içkilər və tütün məmulatlarında 3,3 faiz, kommunal xidmətlərdə 1,1 faiz, geyim və ayaqqabılarda 0,3 faiz, əyləncə və mədəniyyət sektorunda 0,1 faiz göstərilir.
Milli Statistika Xidmətinin hesabatına görə, rabitə xidmətləri 12,4 faiz, mebel və məişət avadanlıqları 2,7 faiz, nəqliyyat xidmətləri 2,2 faiz ucuzlaşıb.
Toğrul Əli,
Medianews.az