01.05.2025, 09:22
107 baxış
Lamiyə
Yaponiyada qəza: avtomobil bir qrup məktəblini vurdu
Yaponiyada avtomobilin bir qrup məktəblini vurması nəticəsində 7 nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, hadisə Osakanın Nishinari rayonunda yerli ibtidai məktəbin yaxınlığında baş verib.
Hadisə günorta saatlarında baş verib. Zərərçəkənlərin hamısının ibtidai sinif şagirdləri olduğu güman edilir.
Zərərçəkənlər tibb müəssisəsinə aparılıb, onlardan 6-sı huşunu itirib, digərinin vəziyyəti isə dəqiqləşdirilir.
Medianews.az