Medianews.az
Berlində Navalnı fiqurları <span style=color:red>nümayiş edilir
138 baxış

Berlində Navalnı fiqurları nümayiş edilir

Almaniya paytaxtı Berlində yeni sərgi açılıb. "Kunstraum Kreuzberg/Bethanien" məkanında nümayiş edilən "Xeyr" ("No") sərgisində müharibə əleyhinə, həmçinin Rusiya rejiminə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair bir çox eksponat var. Medianews.az xəbər verir ki, bu layihədə rəssamlar və jurnalistlər son on ili müəyyən edən mövzular üzərində düşüncələrini ifadə ediblər. Sənətçilərin əsas məqsədi müharibəni, diktaturanı və təqiblərə etiraz edənlərin ümidini, eləcə də insan hüquqları ilə bağlı problemləri, insanların repressiv rejimlərə göstərdiyi müqaviməti obrazlı təqdim etməkdir. Sərgini "Meduza" nəşrinin baş redaktoru, Rusiya əsilli İvan Kolpakovla "Kunstraum Kreuzberg" şirkətinin baş icraçı direktoru Stefan Bauer açıb. "Meduza" Rusiyada "arzuolunmaz" təşkilat elan olunduğuna görə təhlükəsizlik məqsədilə açılışa gələn insanların üzü lentə alınmır. Sərgidə ən çox diqqət çəkən, Fernando Sançes Kastillionun əl işi olan, üstəlik, ilk dəfə nümayiş olunan, Putin rejiminin qurbanı Aleksey Navalnının xatirəsinə həsr edilmiş fiqurlardır. Mayın 23-dən sonra ziyarətçilər həmin fiqurları özləri ilə apara biləcəklər. Berlin şəhərində keçirilən "Xeyr" sərgisi iyulun 6-dək davam edəcək. 1976-cı il təvəllüdlü Aleksey Navalnı Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva) hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) üzvü, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib, 2013-cü ildə 5 illik, 2014-cü ildə 3 il 6 aylıq şərti həbs cəzaları alıb. Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib. “Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb. 2021-ci il yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub, bir gün sonra onun barəsində sınaq müddəti qaydalarını pozma ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Fevralın 2-də Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, fevralın 20-də həbs müddəti 2 il 6 ay 2 həftəyə endirilib. Həbsindən sonra Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb. 2022-ci ilin martın 22-si Aleksey Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. O, xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib. 2023-cü il avqustun 4-də məhbus siyasətçi ekstremist icma yaratmaq və ona rəhbərlikdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Aleksey Navalnı 2024-cü ildə həbsdə vəfat edib. Yamalo-Nenets Muxtar Mahalındakı koloniyaların birində saxlanan məhbusun ölüm xəbəri fevralın 16-da yayılıb. Medianews.az

Bizə qoşulun