Medianews.az
“Top İran tərəfindədir” – <span style=color:red>Siyasi şərhçi
230 baxış

“Top İran tərəfindədir” – Siyasi şərhçi

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yenidən inkişafına stimul olacaq”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlamasında belə deyib. O bildirib ki, M.Pezeşkianın səfəri iki yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir: “İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektlərə getməlidir. İran Prezidentinin bu səfərində iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, ortaq layihələrin icrası razılaşdırılır, amma İran tərəfi Zəngəzur dəhlizinin açılması istiqamətində öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir. Pezeşkian səfər öncəsi açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı pozitiv açıqlama verdi. Amma bu məsələdə İranın ali dini rəhbəri Əli Xameneinin açıqlaması Tehranın rəsmi mövqeyi kimi qəbul edilir. Bu səfərdən sonra Tehran Zəngəzurla bağlı siyasətində korrektlər edə bilər”. M.Əsədullazadənin fikrincə, Pezeskianın səfərdən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir: “Lakin İranın mühafizəkar kəsimi Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyi gözlənilmir. Buna baxmayaraq iki ölkə arasında münasibətlər Məsud Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməyəcək. Tehranda oturanlar başa düşməlidir ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid yoxdur”. Ekspert xatırladıb ki, İsrailin bas naziri Benyamin Netanyahunun da Azərbaycana səfər edəcəyi gözlənilir: “Həmin səfərdən sonra İranda radikalların Azərbaycana qarşı yenidən informasiya təxribatına başlayacağı yəqin ki, şübhə doğurmur. Təbii ki, İsrailin baş naziri İran-Azərbaycan əməkdaşlığından narahatdır. Netanyahu regional ittifaqları və dövlətlər arasında münasibətləri pozacaq fiqurdur. Amma Azərbaycanın öz müstəqil siyasi gündəliyi var. Rəsmi Bakı Netanyahuya Ağ ev deyil. Azərbaycan qonşuları ilə normal münasibətlərə üstünlük verəcək xəttə sahibdir. Prezident İlham Əliyev İranla normal münasibətlərdə maraqlıdır. Bunun üçün kifayət qədər siyasi iradə ortaya qoyur. Top İran tərəfindədir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun