Medianews.az
Turist qayaya çırpılaraq <span style=color:red>ÖLDÜ
175 baxış

Turist qayaya çırpılaraq ÖLDÜ

Türkiyənin Fəthiyədə Babadağ dağında yamac paraşütü ilə uçan 22 yaşlı britaniyalı turist qayaya çırpılaraq dünyasını dəyişib. Medianews.az xəbər verir ki, o, aprelin 23-də 29 yaşlı təlimatçı ilə tandem uçuşu edib. Havaya qalxdıqdan az sonra paraşüt qırılaraq, təxminən iki min metr hündürlükdə sıldırım dağın yamacında iti qayalara çırpılıb. Digər paraplançılar qəza barədə təcili yardım xidmətlərinə məlumat veriblər. Lakin xilasedicilər hadisə yerinə gələndə britaniyalı və təcrübəli pilot artıq nəfəs almırdı. Yerli hakimiyyət orqanları araşdırmaya başlayıb. Qeyd olunur ki, qəzadan sonra Babadağda bütün yamac paraşütü uçuşları dayandırılıb. Medianews.az

Bizə qoşulun