25.04.2025, 08:11
129 baxış
Lamiyə
Arvadı Barak Obamanın başına gəldiyi bir hadisədən DANIŞDI
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ərinin bir vaxtlar Ağ Evdə aldığı zədədən danışıb.
Medianews.az xəbər verir ki, hadisə 2010-cu ildə baş verib.
Mişel Obama bildirib ki, o, həkimdə olduğu vaxtda, ona zəng ediblər və prezidentin qəzaya uğraması barədə məlumat veriblər. Məlum olub ki, şənbə günü Barak Obama dostları və həmkarları ilə basketbol oynayıb. Biri onu itələyib, o yıxılıb və dodağını kəsib.
Mişel Obama zədənin kifayət qədər ciddi olduğunu və 30 tikiş qoyulduğunu bildirib. Ancaq Barak Obamanın bazar ertəsi üçün vacib bir çıxışı var idi.
Medianews.az
Paylaş: