O bildirib ki, ABŞ Konqresi tərəfindən 2017-ci ildə ikipartiyalı konsensusla (Senatda 98 səs lehinə, 2 əleyhinə) qəbul olunan CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə) qanunu Krımın, eləcə də Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanının Rusiya ərazisi kimi tanınmasını qadağan edir (Stimson doktrinasına uyğun olaraq).
Ş.Cəfərlinin sözlərinə görə, Konqresin bu qanuna dəyişiklik etməsi ehtimalı çox azdır, hətta sıfıra yaxındır. Ona görə də ABŞ Prezidenti Donald Trampın mediada dərc olunan və təkzib edilməyən sülh planının həyata keçməsi üçün ən ideal variant məhz Ukraynanın özünün Krımı Rusiya torpağı kimi rəsmən qəbul etməsi ola bilər, onda ABŞ-ın, Avropanın, bütün dünyanın analoji addım atmasının önündə hər hansı əngəl qalmaz.
Ş.Cəfərli vurğulayıb ki, sülh razılaşması, əlbəttə ki, Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutmalıdır: “İndiki şəraitdə, sülh olmadan ABŞ-ın birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv etməsi asan məsələ deyil. Tramp öz səlahiyyətlərindən istifadə edərək yalnız icra hakimiyyəti səviyyəsində - prezident sərəncamları ilə tətbiq olunmuş sanksiyaları ləğv edə bilər. Lakin bəzi sanksiyalar Konqres tərəfindən qanunlaşdırılıb və prezident bunları ləğv edə bilməz. Bundan başqa, Ağ evin əvvəlki sahibi Cozef Bayden postunu təhvil verməzdən öncə Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarını da CAATSA qanunu çərçivəsində kodifikasiya edib və bu sanksiyaların da ləğvi üçün Konqresin icazəsi tələb olunur.
Digər tərəfdən, ABŞ-ın birtərəfli qaydada sanksiyaları aradan qaldırması ilə məsələ həll olunmur, Avropa İttifaqı və Böyük Britaniya da eyni addımı atmalıdır ki, problem kompleks şəkildə həllini tapsın. Məsələn, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq vəsaitinin böyük hissəsi Avropada (Belçika depozitariyası başda olmaqla) saxlanılır. Təsadüfi deyil ki, Rusiya ABŞ-la dialoqunda Avropa sanksiyalarının ləğvini də şərt kimi irəli sürüb.
Bir sözlə, bu mürəkkəb düyünün çözülməsi üçün Ukraynanın qərarı lazımdır. Məhz bu səbəbdən Tramp administrasiyası Ukraynadan Krımı Rusiyaya güzəştə getməyi tələb edirdi. Lakin Ukrayna Avropa İttifaqı və Britaniyanın da dəstəyi ilə bu tələblə razılaşmadı. İndi Tramp bu müqaviməti görərək iddia edir ki, heç kim Ukrayna Prezidenti Volodimir Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımağı tələb etmir. Ancaq qəribədir: tələb etmirsə, Tramp niyə təkrar Zelenskiyə qəzəblənib?..
Əslində ABŞ Ukraynaya möhkəm və etibarlı təhlükəsizlik təminatı versə (ya NATO üzvlüyü şəklində, ya da ikitərəfli əsasda), bəlkə də Ukrayna hökuməti və xalqı Rusiyadan biryolluq xilas olaraq avroatlantik məkana qovuşmağın bədəli kimi Krımı verməyə razılaşar. Xatırladım ki, vaxtilə Finlandiya SSRİ ilə müharibənin yekununda ərazisinin 11%-ni verərək xilas olmuşdu.
Lakin Tramp Ukraynaya hər hansı təhlükəsizlik təminatı vermək istəmir, çünki bu, Rusiya Prezidenti Vladimir Putinin qırmızı xəttidir. NATO və ABŞ qarantiyası o deməkdir ki, bir daha heç kim Ukraynaya nəinki hücum edə, heç onu təhdid də edə bilməz. Avropanı ABŞ-sız ciddi güc saymayan Putin Rusiyası isə çalışır ki, sülh müqaviləsi imzalandıqdan sonra da öz qılıncını daim Ukraynanın başı üstündə saxlayıb, güclü Ukrayna milli dövlətinin formalaşmasına imkan verməsin.
Sülh planı ABŞ tərəfindən həm də o səbəbdən gündəmə gətirildi ki, Putinin Trampın 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini rədd etməsi gerçəyi pərdələnsin və unutdurulsun. Tramp son günlərə qədər bildirirdi ki, biz Rusiya üçün dedlayn müəyyən etmişik və onlar qısa müddətdə təklifə qəti cavab verməlidir, əks halda yeni sanksiyalar tətbiq olunacaq. Lakin Trampın xüsusi nümayəndəsi Uitkoffun Putinlə apardığı danışıqların nəticəsində atəşkəs mövzusu arxa plana atılaraq problemin qəti həllini nəzərdə tutan sülh planı ortaya çıxdı. Böyük ehtimalla nyu-yorklu əmlakçılar düşünüblər ki, Ukrayna tərəfi planı qəbul etməsə, Rusiyaya qarşı təzyiq kursu seçmək əziyyətinə qatlaşmadan, Zelenskini ittiham edərək sülh prosesindən çəkilmək üçün əllərində əsas olacaq”.
Toğrul Əli,
Medianews.az
24.04.2025, 16:24
137 baxış
Azad
Trampın “Krım hücumu”nun səbəbi – Politoloq
“ABŞ hökuməti Krımı Rusiya ərazisi olaraq tanıya bilməz. Bunun üçün Konqresin icazəsi lazımdır”. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: