Medianews.az
Roma Papasının vəfatından sonra bu ölkədə<span style=color:red> üç günlük matəm elan edilib
199 baxış

Roma Papasının vəfatından sonra bu ölkədə üç günlük matəm elan edilib

İspaniya hökuməti katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatından sonra üç günlük rəsmi matəm elan edib. Medianews.az xəbər verir ki, bu barədə İspaniyanın baş nazirinin müavini Feliks Bolanos açıqlama verib. Bolanos ölkə boyu üç günlük rəsmi matəm elan etdiklərini bildirərək “Biz böyük Papanın və yaxşı insanın vəfatından kədərlənirik” deyib. İspaniya və AB bayraqlarının yarıya endiriləcəyini və qara lentlər taxılacağını açıqlayan Bolanos, 88 yaşında vəfat edən Papa Fransiskin "humanist, həmrəy və islahatçı olduğunu, ədalətsizlik və bərabərsizliyə qarşı mübarizəsi ilə tanınacağını" qeyd edib. Medianews.az

Bizə qoşulun