Medianews.az
Roma Papası Frensisk vəfat etdi
185 baxış

Roma Papası Frensisk vəfat etdi

Roma Papası Frensisk 89 yaşında vəfat edib. Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd edək ki, Roma Papası Fransisk (Xorxe Mario Berqolio) 1936-cı il dekabrın 17-də Argentinanın Buenos-Ayres şəhərində anadan olub. Uzun illər yepiskop və kardinal kimi xidmət etdikdən sonra 2013-cü ilin mart ayında Roma Papası seçilib və katolik kilsəsinin tarixində Avropadan kənarda seçilən ilk papa olub. O, sosial ədalət, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması və dinlərarası dialoq sahələrindəki çağırışları ilə yadda qalıb. Səhhətindəki problemlərə baxmayaraq, sülh və insan haqları naminə fəaliyyətini uzun illər davam etdirib. Pontifik ikitərəfli pnevmoniya səbəbindən xəstəxanada müalicə olunurdu. Roma Papası bir neçə gün əvvəl yaydığı Pasxa mesajında ​​Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırmışdı.

Bizə qoşulun