18.04.2025, 12:39
97 baxış
Azad
Vulkan Rusiyaya nadir metallar bəxş edib
Rusiyalı mütəxəssislər İturup vulkanının nadir metallar mənbəyinə çevriləcəyini bildiriblər.
Medianews.az Rusiya KİV-inə istinadla xəbər verir ki, İturupdakı Kudryavı vulkanının qazından çox nadir metalların, renium, germanium, eləcə də indiumun çıxarılması planlaşdırılır.
Vurğulanır ki, bu unikal ticarət dünyada yeganə olacaq və iki il ərzində həyata keçiriləcək. Layihənin hazırda tədqiqat və inkişaf mərhələsində olduğu bildirilir.
Layihənin baş investorlarından olan Maksim Korobov deyib ki, bu nadir elementlər sınaq qurğusundan istifadə etməklə, vulkandan püskürmüş yüksək temperaturlu zəhərli qazlardan çıxarılacaq. İlkin mərhələdə metalların emalı və konsentratdan çıxarılması yolu ilə nadir elementlər alınacaq. Birinci mərhələdə hazır məhsulların çəkisi bir neçə kiloqrama, yaxud 10 kiloqrama çata bilər.
Konsentratın materikdə emalı imkanları da nəzərdən keçirilir. Layihəni həyata keçirəcək şirkətin istehsal müəssisələrinin əksəriyyəti Krasnoyarskda yerləşir, lakin Maksim Korobovun fikrincə, konsentratın emalı Saxalində daha sərfəli ola bilər.
İturupdakı Kudryavı vulkanı qazından ixrac edilən, çox əhəmiyyətli metal hesab olunan renium gümüşü-ağ rəngli nadir metaldır. Onun illik qlobal istehsal həcmi təxminən 60 tondur. Yüksək ərimə nöqtəsinə görə bu renium metalı elektronika və aviasiya sənayesində, xüsusilə də turbin mühərrik hissələrinin istehsalında istifadə olunur.
Medianews.az