Medianews.az
"Nürnberq" Mahir Emreli ilə bağlı qərar verdi - <span style=color:red>RƏSMİ AÇIQLAMA
176 baxış

"Nürnberq" Mahir Emreli ilə bağlı qərar verdi - RƏSMİ AÇIQLAMA

Almaniyanın “Nürnberq” klubu Azərbaycan milli komandasının üzvü Mahir Emreli ilə bağlı qərar verib. Publika.az xəbər verir ki, İkinci Bundesliqa təmsilçisi 27 yaşlı hücumçu ilə müqavilənin müddətini uzatmaq istəyir. Bu barədə klubun idman direktoru Joti Katzialeksiu “Kicker” nəşrinə məlumat verib. Ötən il “Nürnberq”ə transfer edilən Emrelinin mövcud müqaviləsi iyunun 30-da başa çatır. Klub Mahir ilə yeni sözləşməylə bağlı danışıqların aparıldığını bildirib. Qeyd edək ki, Mahir bu mövsüm "Nürnberq"in heyətində 20 oyunda 5 qol vurub və 1 assist edib.

Bizə qoşulun