Medianews.az
Brokkoli və banan kimlər üçün <span style=color:red>faydalıdır?
106 baxış

Brokkoli və banan kimlər üçün faydalıdır?

Hipertansiyonu olan insanlar diyetlərinə brokkoli və banan daxil etməkdən faydalana bilərlər. Medianews.az xəbər verir ki, bu barədə bioloq Anita Leyton danışıb. Leytonun fikrincə, hipertoniyanın əsas tətikləyicilərindən biri duzdur, çünki o, bədəndə mayeni saxlayır və bununla da qan damarlarının divarlarına təzyiqi kəskin artırır. Menyuya yüksək kalium olan qidaları əlavə etməklə onun orqanizmə olan zərərli təsirlərini azalda bilərsiniz. Bu mikroelement orqanizmin toxumalarında su balansını saxlamağa kömək edir, qanın laxtalanma prosesində iştirak edir və bununla da hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusilə vacib olan natriumun mənfi təsirlərini neytrallaşdırmağa kömək edir. Tədqiqatımızın nəticələri göstərib ki, banan və ya brokkoli kimi kaliumla zəngin qidaların qəbulu, sadəcə duz qəbulunu azaltmaqdan daha çox qan təzyiqinə müsbət təsir göstərir. Medianews.az

Bizə qoşulun