16.04.2025, 10:42
123 baxış
Lamiyə
Oğurluq edərək kişinin burnunu DİŞLƏDİLƏR
Böyük Britaniyada iki cinayətkar kişini qəraət edərək onun burnunu dişləyiblər.
Medianews.az xəbər verir ki, hadisə 2024-cü il aprelin 22-də Şotlandiyanın Ayr şəhərində baş verib.
25 yaşlı Cek Rodi və 29 yaşlı Şennon O'Nil bir kişnin əlindən smartfonu qopararkən onu döyüblər.
İttiham tərəfi iddia edir ki, onlar kişini hədələyib və üzünü eybəcərləşdirərək burnunu dişləyiblər. Daha sonra onlar zərərçəkənin mobil telefonunu, gödəkçəsini və pulunu götürərək cinayət yerindən qaçıblar.
Bundan sonra kişi polisə müraciət edib. Cinayətkarlar tapılaraq onlara qarşı ittiham irəli sürülüb və məhkəmə aprelin əvvəlində baş tutub. Məhkəmə vaxtı hər ikisi artıq həbsdə idi. Nə Roddi, nə də O'Nil günahını etiraf etməyib. Roddinin vəkili isə müvəkkilinin özünümüdafiə üçün hərəkət etdiyini israr edir.
Medianews.az