Medianews.az
Azərbaycanın atəşə tutulduğu <span style=color:red>GÜNLƏR, SAATLAR və İSTİQAMƏTLƏR
186 baxış

Azərbaycanın atəşə tutulduğu GÜNLƏR, SAATLAR və İSTİQAMƏTLƏR

Medianews.az saytı bu ilin ötən dövründə Ermənistan ordusunun Azərbaycan Ordusunun mövqelərini hansı intensivliklə və hansı istiqamətlərdən atəşə tutduğunu bilmək üçün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə nəzər salıb. Sayt qeyd edir ki, ilin ilk atəş xəbərləri yanvarın birinci həftəsinə düşür. Yanvarın sonrakı həftələrinə və bütövlükdə fevral ayına Müdafiə Nazirliyinin internet səhifəsində Ordumuzun atəşə tutulduğu haqda hər hansı məlumat yoxdur. Növbəti atəş xəbərləri faktiki iki ay sonra – martın 4-dən başlanır. Mart ayında Müdafiə Nazirliyi Ermənistan tərəfinin mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərdiyi, bölmələrimizin sayıqlığı nəticəsində bu təxribatçı cəhdlərin qarşısının alındığı haqda da xəbərlər yayıb. Daha bir diqqət çəkən məqam: martın 17-dək Ermənistan silahlı qüvvələri yalnız bir istiqamətdən - Gorus rayonu istiqamətindən Ordumuzu atəş tutub. Martın 17-dən sonra isə istiqamətlərin sayı artmaqdadır.

Ermənistan silahlı qüvvələrinin bölmələri 2025-ci ilin yanvarından aprel ayının 11-dək Azərbaycan Ordusunun üzbəüz mövqelərini aşağıdakı istiqamətlərdən atəşə tutub:

Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Gorus rayonunun Dığ və Xanazax yaşayış məntəqələri istiqamətlərindən (Qeyd: Müdafiə Nazirliyi yanvarın 6-da bu xəbəri yayarkən onu da vurğulayıb ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb); Yanvarın 6-sı saat 14:10 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən; Martın 4-ü saat 22:05 radələrində Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətindən; Martın 16-sı saat 09:45 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən; Martın 16-sı saat 18:35 radələrində Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətindən; Martın 16-sı saat 20:10-dan 20:45-dək Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətindən; Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərindən; Martın 17-si saat 17:25-dən 21:45-dək Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərindən; Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərindən; Martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindən; Martın 18-i saat 16:40-dan 18:30-dək Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərindən; Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərindən; Martın 19-u saat 14:15 radələrində Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətindən; Martın 19-u saat 19:00-dan 19:10-dək Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətindən; Martın 20-si saat 12:30-dan 15:15-dək Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərindən; Martın 20-dən 21-nə keçən gecə ərzində Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən; Martın 29-u və 30-u müxtəlif saatlarda Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən; Martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən; Martın 31-i saat 11:10 radələrində Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətindən; Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərindən; Aprelin 2-si saat 13:55-dən 14:05-dək Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindən; Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərindən; Aprelin 8-i saat 19:20-dən 22:30-dək Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərindən; Aprelin 9-u saat 19:25-dən 19:35-dək Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərindən; Aprelin 9-u saat 23:50 radələrində Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətindən; Aprelin 10-u saat 20:55 radələrində Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətindən... Nailə Qasımova, Medianews.az

Bizə qoşulun