08.04.2025, 10:50
154 baxış
Lamiyə
Gəlinin qohumları ayaqqabı pulunu ödəmədiyi üçün bəyi DÖYDÜLƏR
Hindistanda gəlinin qohumları bəyi ayaqqabı pulunu ödəmədiyi üçün döyüblər.
Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatında baş verib.
Mübahisəyə səbəb ənənəvi toy oyunu “Joota chupai” olub. Oyunun mahiyyəti ondan ibarətdir ki, gəlinin kiçik bacıları zarafatla bəyin ayaqqabılarını oğurlayır və razılaşdırılmış məbləği ödəməyincə geri qaytarmırlar.
Toydan əvvəl bəy 50 min rupi verəcəyini vəd etsə də, gəlinin bacılarına ondan on dəfə az pul verib. Nəticədə bəyi dilənçi adlandırıblar və bir otağa bağlayıb çubuqlarla döyməyə başlayıblar.
Bu arada bəyin qohumları gəlinin qohumları ilə başqa səbəbdən mübahisə edib: onlara verilən hədiyyələrdəki qızılların keyfiyyəti onları qane etməyib.
Medianews.az