Medianews.az
Cənubi Koreyada yeni prezident bu tarixdə <span style=color:red> SEÇİLƏCƏK
154 baxış

Cənubi Koreyada yeni prezident bu tarixdə SEÇİLƏCƏK

Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir. Medianews.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Bildirilir ki, seçkilərin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin aprelin 8-də planlaşdırılan iclasında qaldırılacaq. "Seçkilərin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma bu, səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - mənbə bildirib. Cənubi Koreya mediası daha əvvəl xəbər vermişdi ki, növbədənkənar prezident seçkilərinin tarixi, ehtimal ki, kabinet üzvlərinin iclasından sonra aprelin 8-də elan olunacaq. Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Baş Nazir Han Deok Su prezidentin vəzifəsindən kənarlaşdırılmasından sonra 10 gün ərzində - aprelin 14-dək tarix təyin etməlidir.

Bizə qoşulun