07.04.2025, 14:27
190 baxış
Lamiyə
Bu ölkədə su çatışmazlığı GÖZLƏNİLİR
“Moldova içməli su qıtlığı ilə üzlə bilər”.
Medianews.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Dorin Reçan deyib.
Onun sözlərinə görə, hazırda respublika hökuməti Karpatdan suyun çatdırılması üçün layihələr hazırlayır. Siyasətçi əlavə edib ki, Moldova ilə Rumıniya arasında sərhədi təşkil edən Prut çayının altından artıq boru xətti çəkilib.
"Təəssüf ki, Moldovada kifayət qədər içməli su olmadığını etiraf etməliyik. Ona görə də bizim razılaşmamız və tərəfdaşlığımız var və biz artıq Karpatlardan suyun çatdırılması üçün konkret layihələr hazırlayırıq", - o deyib.
Medianews.az