05.04.2025, 09:02
174 baxış
Lamiyə
"Tarqovu"da meyit TAPILDI
Paytaxtın "Tarqovu" adlanan hissəsində ölüm hadisəsi qeydə alınıb.
Unikal xəbər verir ki, Xaqani küçəsindəki restoranlardan birinin qarşısında kişi meyiti tapılıb. Onun bu səhər ürəktutmadan vəfat etdiyi deyilir.
Orta yaşlı kişi Xaqani Ticarət Mərkəzinin texniki olub.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.