03.04.2025, 08:57
164 baxış
Lamiyə
Səhvən 2 dəfə ölü ELAN EDİLİB
ABŞ-də bir adam son üç il ərzində 2 dəfə ölü elan edilib.
Medianews.az xaric xəbər verir ki, Gene Indenbaum adlı şəxs bu barədə vergi bəyannaməsini təqdim etmək istəyəndə öyrənib.
Həmin şəxsin dediyinə görə, ona Amerika Birləşmiş Ştatlarının Daxili Gəlir Xidmətindən zəng gəlib və məlumat bazasında onun öldüyü bildirilib.
Indenbaum, o anda inanılmaz dərəcədə kədərləndiyini bildirib və belə bir vəziyyətin ikinci dəfə təkrarlandığını açıqlayıb.
Daha əvvəl, 2022-ci ildə kişi həyat yoldaşını itirib və sənədləri qaydasına salmaq qərarına gəlib. Sosial Müdafiə idarəsinə gedəndə işçilər ona sənədlərə əsasən həyatda olmadığını bildiriblər.
Nəticədə kişi müxtəlif qurumlara gedib hələ də sağ olduğunu sübut etməli olub.
Medianews.az