02.04.2025, 19:11
253 baxış
Nailə
Bakıda 21 milyard manat kredit qeydə alındı - RƏSMİ
Mərkəzi Bankın hesabatına görə, 2025-ci il martın 1-nə Azərbaycanda 27,6 milyard manata yaxın kredit, 14,8 milyard manatdan çox əmanət rəsmiləşib.
Medianews.az-ın məlumatına görə, Bakıda 21,2 milyard manat kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 68,1 milyon manat, Gəncə-Daşkəsən – 804,4 milyon manat, Lənkəran-Astara – 646,8 milyon manat, Mərkəzi Aran – 552,3 milyon manat, Qazax-Tovuz – 527,3 milyon manat, Şəki-Zaqatala – 514,1 milyon manat, Qarabağ – 477,1 milyon manat, Quba-Xaçmaz – 464,7 milyon manat, Naxçıvan – 423,8 milyon manat, Şirvan-Salyan – 416,7 milyon manat, Mil-Muğan – 298,2 milyon manat, Dağlıq Şirvan – 186,9 milyon manat, Şərqi Zəngəzur – 9,9 milyon manat.
Bakıda 13,1 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 529,2 milyon manat, Gəncə-Daşkəsən – 232,2 milyon manat, Quba-Xaçmaz – 141,8 milyon manat, Lənkəran-Astara – 129,9 milyon manat, Şəki-Zaqatala – 127,4 milyon manat, Mərkəzi Aran – 123,4 milyon manat, Qazax-Tovuz – 113,5 milyon manat, Qarabağ – 91,7 milyon manat, Naxçıvan – 75 milyon manat, Şirvan-Salyan – 71,2 milyon manat, Mil-Muğan – 49,8 milyon manat, Dağlıq Şirvan – 44,5 milyon manat, Şərqi Zəngəzur – 439 min manat.
Fəaliyyətdə olan 22 bankın cəmi aktivləri 53 milyard 561,7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 748,4 milyon manat, qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat göstərilir.
Medianews.az